Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

Gates Moskvada səfərdədir


ABŞ-ın müdafiə naziri Robert Gates martın 21-də Rusiyaya səfər edib. Sankt-Peterburqda hava limanına enən nazir son illər Rusiya ilə ABŞ arasında əlaqələrdə çox ciddi uğurlar əldə əldə edildiyini bildirib. Buna misal kimi də ABŞ-ın rəhbərliyi ilə Əfqanıstanda aparılan hərbi əməliyyatlara, Şimali Koreya və İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinin qəbuluna Moskvanın verdiyi dəstəyi göstərib. Gates həmçinin keçən həftə Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qərarının qəbuluna mane olmadığını da söyləyib.

ABŞ-ın müdafiə nazirinin Rusiya liderləri ilə görüşü və Hərbi Dəniz Donanmasının Akademiyasında çıxışı nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG