Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

Avropa Birliyi Belorus rəsmilərinə qarşı sanksiya siyahısını uzada bilər


Avropa Birliyi elan edib ki, Belorusun sanksiyalar tətbiq edilən rəsmilərinin siyahısına yeni adlar da əlavə edilə bilər.

Birlik ölkələri xarici işlər nazirlərinin martın 21-də Brüsseldə keçirilən toplantısında daha bir neçə Belorus rəsmisinə viza qadağası və bank hesablarının donrurulması qərarının tətbiqi məsələsi də müzakirə olunacaq.

Yanvar ayında Avropa Birliyi Belorusun prezidenti Alyaksandr Lukashenka da daxil olmaqla 157 rəsmisinə qarşı sanskiyalar tətbiq edilib. Blok ötən ilin dekabrında keçirilmiş prezident seçkisinin saxtalaşdırldığını deyən müxalifətin etiraz askiyalarının zorakılıqla dağıdılmasına görə Belorus rəsmilərinə həmin qadğaları tətbiq edib.

Avropa Birliyi bu ölkənin dövlət şirkətləri və maliyyə qurumlarına qarşı da sanksiyalar nəzərdən keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG