Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Medvedev Putinin ifadələrini "yolverilməz" adlandırır


Rusiyanın Baş naziri Vladimir Putin BMT-nin qərarı ilə koalisiyaya qüvvələrinin Liviyayay qarşı hücumlarını orta əsrlərin “xaç yürüşü” ilə müqayisə edib. Putin bildirir ki, Muammar Gaddafinin hökuməti həqiqətən də demokratik deyildi. Amma yalnız bu, həmin ölkəyə qarşı hərbi müdaxiləyə əsas ola bilməz.

Bu barədə Putin martın 21-də Votkinski şəhərində ballistik raketlər istehsal edən zavodun fəhlələri ilə görüşündə bildirib.

Vladimir Putin BMT-nin Liviyaya hücum qərarının da qüsurlu olduğunu iddia edib. Putin əlavə edir ki, başqa ölkələrin daxili işlərinə qarşımaq artıq ABŞ-ın xarici siyasətində bir tendensiya ahlını alır. Ona görə Rusiya özünün müdafiə qabiliyyətini gücləndirməlidir.

Rusiya prezidenti Dmitri Medvedev isə Putinin çıxışını şərh edərkən deyib ki, məsələləri sivilizasiyalar arasında toqquşma kimi izah etmək yolverilməzdir: “Heç bir halda məsələləri sivilizasiyalar arasında toqquşma, “xaç yürüşü” şəklində ifadə etmək olmaz. Yoxsa, hər şey indikindən daha pis nəticələrə gətirib çıxara bilər. Bunu hər kəs başa düşməlidir” – deyə Rusiya prezidenti bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG