Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:09

Avtobuslarda gediş haqqı artıb


Bayram günlərində Azərbaycanın cənub istiqamətində işləyən avtobuslarda gediş haqqı artıb. Bu artım Bakıdan rayonlara çıxan avtobuslarda özünü daha çox göstərir. Bakıdan Lənkərana avtobusla gələn sərnişin əvvəllər 5 manat gediş haqqı ödəyirdisə, bayram günlərində 6 manat ödəməli olub. Bakı-Astara istiqamətində hərəkət edən avtobuslarda da 1 manat qiymət artımı müşahidə olunub.

Hərçənd Astara avtovağzalın məsul işçisi Etibar Əliyev Astara -Bakı istiqamətdə işləyən sərnişin avtobuslarında gediş haqının artmadığını söylədi. Onun dediyinə görə, ola bilər ki, gediş haqqını kooperativ avtobuslar qaldırıb. Bu avtobusların isə onlara aidiyyəti yoxdur.
Bakı - Astara istiqamətində işləyən taksilər də gediş haqqını 10-15 manat qaldırıblar.
XS
SM
MD
LG