Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20















Göy Tanrı, Qara Xan, Oğuz, Kültegin…
Hərəsi içdiyim bir anddan gəlir.
Mənim ruhumdakı bu üsyan,qiyam.
Tanrıqut Metedən, Kürşaddan gəlir

Yenə də qlınclar çıxıbdı qından,
Qisas almalıyam dar ağacından.
Başıma bu sevda Tanrı dağından-
-Qibləmiz Altaydan-ilk yurddan gəlir.

Tanrıdan savayı kimə yendi Türk?!
Nə vaxtsa ruh kimi göydən endi Türk.
Haqq sevən bəndəyə elə dindi Türk.
İnam da,iman da bu addan gəlir.

Bir əlində qılınc,birində Quran,
Yadlara qızıl taxt ucaltdı Turan.
Ucaldıb özünə daş atdı Turan
Bəlamız kim deyir tək yaddan gəlir?

Səndən də bil daha dönübdür üzüm,
Min ildir içimi göynədən dözüm.
Mənim qərib-qərib uluyan sözüm
Atilla gözləyən Boz Qurddan gəlir.

Tək sənə inandım, kim olursan ol,
Anam ol,bacım ol,ancaq sən “sən” ol.
Təki sevdiyim qız, bilim bircə yol.
Bu sevda göydəki son qatdan gəlir.

Mən tənha, qurd yalqız,Tanrı təkdi,
Yalqızlıq içimdə bir sevda əkdi.
Təkcə mən bilirəm Boz Qurd nə çəkdi
Nə yaxşı yazdığım umuddan gəlir.

1990


http://azr.baybak.com/il_2007_say_1329.azr

Günün bütün mövzuları

XS
SM
MD
LG