Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:20

Medvedev yalan testindən keçə bilməyən altı yüksək rütbəli zabiti işdən qovub


Martın 21-də Kremldən verilən məlumata görə prezident Dmitri Medvedev Daxili İşlər Nazirliyinin altı yüksək rütbəli zabitini işdən qovub. Bundan az əvvəl həmin zabitlər polisdə başlayan yalan detektoru testlərindən çıxa bilməmişdilər.

İşdən qovulanlar arasında ekstremizmlə mübarizəytə cavabdeh olan general-mayor, Şimali Qafqaz regionun yol polisinin rəhbəri də var.

Rusiyada mübahisəli yeni polis haqqında qanun çərçivəsində Medvedev Daxili İşlər Nazirliyində yalan detektoru testlərinin tətbiqinə göstəriş verib.

Hələlik 170 yüksək rütbəli zabit belə testləri verməkdən imtina edir.

İnsan Haqları fəalları və Kremlə müxalifətdə olan qüvvələr bu cür yalan testlərinin əslində polis dövlətinin müdafiəsinə yönəldiyini deyərək hazırkı kampaniyanı tənqid edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG