Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Yəməndə ordu gegeneralı müxalifətin tərəfinə keçdi


Martın 21-də Yəmən ordusunun birinci diviziyasının komandiri prezident Ali Abdullah Salehin istefasını tələb edən müxalifət fəallarına qoşulub. Generalın ardınca onlarla zabit müxalifətin tərəfinə keçdiyini bəyan edib. Buna görə həmin gün paytaxt Sannaya çox sayda tank, başqa zirehli texnika yeridilib.

Müxalifətin tərəfinə keçən general-mayor Ali Mohsen al-Ahmar buna qədər prezident Salehin ən yaxın silahdaşı sayılırdı. Ötən həftənin cümə günü hökumətin istefasını tələb edən müxalifətin keçirdiyi etiraz askiyasına hökumət qüvvələrinin silahlı müdaxiləsi ilə onlarla adam həlak olub, yaralanıb. Bazar günü Saleh özününü hökumətini buraxıb. Bəzi məlumatlara görə prezident mitinqçilərin öldürülməsinə görə nazirlərin çoxunun müxalifət tərəfinə keçəcəyini bildiyi üçün bu addımı atıb.

BMT-nin Baş katibi Ban Ki-Moon da Sannada mitinqçilərə qarşı döyüş güllələrindən istifadə olunmasını pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG