Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45

Gəncənin su anbarlarının heç biri istifadəyə yararlı deyil


Bu sözləri Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Fazil Nəbiyev deyib.

Şəhərdə olan 40 su anbarının demək olar ki, hamısı istifadəyə yararsızdır. Su xətləri də köhnə olduğundan tez-tez sızma, kanalizasiya sularının qarışması kimi hallar baş verir. Bu da şəhərə verilən suyun çirklənməsinə səbəb olur.

Gəncənin su anbarları 1960-cı ildə tikilib və o vaxtdan indiyədək heç birində əsaslı təmir işləri aparılmayıb. Su anbarlarının mühafizə hasarları dağılıb. Hətta bəzilərinin qapaqları belə acıqdır. Anbarlarda xlorator qurğuları demək olar ki, işləmir.

Gəncədə olan 40 su anbarından 5-i böyük həcmli, 35-i isə kiçik həcmlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG