Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 11:13

Pamukun Türkiyədə 3 il qapı-qapı gəzib çapına çalışdığı roman...


Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun ilk romanı olan “Cevdət bəy və oğulları” Almaniyada çap edilir.

Alman dilinə tərcümə edilən romanın qiyməti 25 avrodur.

Bu – Pamukun ilk romanıdır, yazıçı onu 22-26 yaşlarında yazıb.

Əsər 1979-cu ildə Milliyet Roman Ödülü'nü alsa da, Pamuk onu çap etməkdə böyük çətinliklərlə üzləşib, o zaman Türkiyədə kitabla maraqlanan naşir tapmaq problemə çevrilib.

“Çap olunması üçün 3 il ömrümü-günümü verdim.

Xanımımla düşünüb-daşınmış, bəlkə bir çap etmək istəyən naşir tapıla deyə, sənət jurnallarına “Mükafat alan roman satılır” yazılmış elan verməyə hazırlaşmışdıq.

Babiəlidə qapı-qapı dolaşmaq fikri çox sıxıcı idi”

Yazıçı bunu “Başqa rənglər” kitabında xatırlayır.

Kitab Türkiyədə nəhayət ki 1982-ci ildə çap edilir.

Bir türk tacirin özü, oğulları və nəvələrinin həyatından bəhs edən, 20-ci əsr türk tarixinin uzun bir dövrünü əhatə edən romanın həcmi 600 səhifədən çoxdur.

Pamuk özü də ilk romanının Almaniyada tanıtım kampaniyasına qoşulub.

Martın 28-də o, Hamburqda Ədəbiyyat evində (Literaturhaus) qonaq olacaq, tədbir iştirakçılarına romanından parçalar oxuyacaq. Həmin hissələri tərcüməçi tədbir iştirakçıları üçün çevirəcək.

Bu arada "Kölner Stadt Anzeiger" qəzetində Pamukun romanı haqda tanıtım yazısı dərc edilib – kitab ədəbiyyatsevərlərə tövsiyə edilib.

“Başqa rənglər” kitabında Pamuk “Cevdət bəy və oğulları”nın yazılma dövrünü belə xatırlayır:

“Hələ evlənməmişdim, anamla bir yerdə yaşayırdım. Düz 8 il ikimiz bir evdə qaldıq.

Yazar olmaq fikrinə düşdüyümə hirslənirdi. Gecələr işlədiyim vaxt qapını açar, “yazırsanmı?.. barı, çox siqaret çəkmə” deyərdi.

“Barı” sözü mənə “zatən lüzumsuz bir iş görürsən, heç olmasa başqa bir zərərli iş də görmə” demək istədiyini anladırdı”.

Həmçinin oxu
Orxan Pamukdan yeni kitab: Roman necə yazılır?
Orxan Pamuk Avropanı tənqid edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG