Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:02
Indoneziya polisi bildirib ki, onlar Cakartada növbəti “kitab-bomba” tapıblar.

Bu, həftə ərzində 4-cü belə insidentdir. Hədəf – radikal görüşləri bölüşməyən müsəlmanlar və antiterror əməliyyatları üzrə rəsmilərdir.

Polis aşkarladığı son “kitab-bomba” haqqında bildirib ki, bu vərəqlərinin ortası kəsilərək içinə bomba yerləşdirilmiş “Yəhudi yaraqlıları” kitabıdır.

Onu indoneziyalı rok musiqiçisi Ahmad Dhaniyə göndəriblər.

Dhani dini ekstremizmə etiraz edən mahnıları ilə tanınır.

“İçində kitab olan bağlama martın 15-də onun evinə göndərilib, amma bağlama açılmayıb” – deyə polis rəsmisi Frans press-ə bildirib.

“Bağlamanı yoxlamaq üçün evə polis çağrılıb və tapılan bomba zərərsizləşdirilib”.

Bundan əvvəl polis daha 3 belə bağlama aşkarlayıb, onlardan biri partlayaraq 4 nəfəri yaralayıb.

Həmin kitab plüralizm və dini tolerantlığı təbliğ edən liberal görüşlü ruhani Ulil
Abshar Abdalla-ya göndərilmişdi.

Digər iki “kitab-bomba” isə Milli Antiterror Agentliyinin keçmiş rəsmisi Goris Mere-yə və "Pemuda Pancasila" gənclər təşkilatının sədri Yapto Suryosumarno-ya ünvanlanıb.

Polis bildirir ki, bütün bunlar radikal dini qruplaşma - "Jemaah Islamiyah"ın əməlləridir.

Polisdə güman edirlər ki, bu hadisələr indiyəcən ənənəvi üsullarla terror aktları törədən qruplaşmanın öz taktikasında dəyişiklik etməsindən xəbər verə bilər, ona görə də insidentlər ətraflı araşdırılacaq.

240 milyon əhalisi olan İndoneziya son illər ərzində "Jemaah Islamiyah" tərəfindən törədilmiş bir neçə dəhşətli partlayışın şahidi olub, o cümlədən 2002-ci ildə Balidə törədilən partlayışda 200-dən çox adam ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG