Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:16

Totti "elitar dəstə"də!


İtaliyanın "Roma" futbol klubunun kapitanı Françesko Totti 200-cü qolunu vurub.

Bununla da 34 yaşlı Totti İtaliya çempionatında bu uğura imza etmiş 6-cı futbolçu olub.

Martın 20-də Fiorentina ilə oyunda əvvəlcə penaltidən qol vuran və bununla 200-cü qolunu qeyd edən Totti sonra bir dəfə də fərqlənib, oyun isə 2-2 başa çatıb.

İtaliya çempionatında "200 qol vuranlar klubu"na daxil olan digər futbolçular:

Silvio Piola - 274 qol
Gunnar Nordahl - 225
Giuseppe Meazza - 216
Jose Altafini - 216
Roberto Baggio - 205
XS
SM
MD
LG