Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

Suriyada minlərlə insan küçələrə çıxıb


Martın 19-da minlərlə insan Suriyanın Deraa şəhərində küçələrə çıxaraq 48 ildir ki qüvvədə olan fövqəladə vəziyyətə son qoymağa çağırıblar. Bu, etirazların dalbadal 3-cü günü olub.

Onlar insanlara daha çox azadlıq verilməsini istəyirlər.

Bu arada şəhərə hökumət nümayəndə heyəti gəlib, onlar bu həftə baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş şəxslərin ailələrinə baş sağlığı vermək istəyirlər.

1963-cü ildə Baas Partiyası hakimiyyətə gələndən sonra fövqəladə vəziyyət elan edilib və müxalifət partiyaları qadağan edilib.

Hökumət söz verib ki 15 məktəblini həbsdən azad edəcək. Bu həftə onların azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada 4 nəfər öldürülmüşdü.

Məktəblilər Misir və Tunis inqilablarından ruhlanıb divarlara şüar yazırmışlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG