Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Radikal müxalifətin yeri, deputatın mübahisəsi və bahalı aeroport


ANTİAZƏRBAYCANÇI ŞƏBƏKƏNİN TAPŞIRIĞI...


«Azərbaycan» qəzeti 20 mart tarixli sayında müxalifətin keçirdiyi son aksiyalara iki deputatın münasibətini dərc edib.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə görə, xalqın etimadından birdəfəlik məhrum olan özlərinin «nicat yolunu» yalnız qarşıdurmalar, iğtişaşlar törətməkdə görürlər.

«Radikal müxalifət deyəsən bəzi xarici dairələrlə yenidən bazarlığa gedib. Çünki dünənə qədər öz mətbuatında xüsusilə, Qərbi tənqid atəşinə tutmaqla məşğul idi. Bu gün isə həmin Qərbə mədhiyyələr qoşurlar. Son vaxtlarda ərəb ölkələrində baş verən hadisələr həm də müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətini ortaya qoydu. Bu gün radikal müxalifət bu cür dairələrin, o cümlədən antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirməyə başlayıb» deyə deputa bildirir.

Deputat Cavanşir Feyziyev isə hesab edir ki, «müxalifətin radikal adlandırılan hissəsinin hər hansı mitinq və ya aksiya keçirməsi üçün ortada nə iqtisadi, nə sosial, nə də mənəvi amillər yoxdur. Ona görə də bütövlükdə ölkə ictimaiyyəti tərəfindən müxalifətin mitinq keçirmək istəyi normal qəbul edilmir. Bu cür yersiz mitinqlərin, ümumiyyətlə, mənası yoxdur. Deputata görə, yaşlı və orta nəsil indiki radikal müxalifətin hakimiyyətdə olduğu dövrdə yaratdıqları ağrılı-acılı günlərin birbaşa şahidi olublar, o çətinlikləri gündəlik həyatlarında hiss ediblər. Ona görə indiki radikal müxalifət dediyimiz partiyalara inamları birdəfəlik itib. Odur ki, radikal müxalifət indi gəncləri hədəfə götürüb. Keçirməyə cəhd göstərdiyi mitinqlərdə onların imkanlarından yararlanmağa çalışır» deyə deputatın «Azərbaycan» qəzetində dərc olunan müsahibəsində deyilir.


FƏZAİL AĞAMALI: «BAYRAMDAN SONRA FAKTLARIN DİLİ İLƏ DANIŞMALI OLACAĞAM»


«Yeni Müsavat» qəzeti 20 mart tarixli sayında deputat Fəzail Ağamalı ilə Tələbə qəbulu üzrə dövlət komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasındakı qalmaqalın daha da böyüdüyünü yazır.

Qəzetə görə, bir müddət öncə Milli Məclisin iclasında deputat Fəzail Ağamalının TQDK ünvanına səsləndirdiyi korrupsiya ittihamlarını Məleykə Abbaszadə əsassız və böhtan xarakterli ittiham adlandırıb.

«Əgər TQDK-da korrupsiya ilə bağlı hansısa konkret fakt ona bəllidirsə, korrupsiya ilə mübarizə aparan müvafiq quruma müraciət edə bilər. Mənə şəxsən belə faktlar məlum deyil. O ki qaldı ali təhsil müəssisələrinə bizdən kənar aparılmış qeyri-qanuni əlavə qəbula, bu məsələni biz özümüz daim gündəmə gətirmişik. Biz buna qarşı səlahiyyətlərimiz daxilində mübarizə aparmışıq və aparırıq» deyib.

«Yeni Müsavat» qəzeti bu deyilənlərə Fəzail Ağamalının münasibətini öyrənib.

«Milli Məclisdə çıxışımla bağlı KİV-dən mənə çox saylı müraciətlər olmasına baxmayaraq, mötəbər toplantıda toxunduğum və olduqca ciddi hesab etdiyim problemi təkrar mətbuat səhifələrinə çıxarmağı məqsədəuyğun hesab etmədim. Lakin bahar bayramı ilə bağlı tətil qurtardıqdan sonra bir daha məsələni tamam başqa müstəvidə aktuallaşdıracaq və faktların dili ilə danışmalı olacağam»- deyə deputat qəzetə müsahibəsində bildirib.

«YENİ AEROPORTUN DA BÜDCƏSİ ŞİŞİRDİLİB»


«Azadlıq» qəzeti isə yeni aeroportun büdcəsinin şişirdildiyini yazır. Qəzetə görə, Azərbaycan hökuməti 1960-cı ilin ortalarında tikilən və indi daxili reyslər üçün istifadə olunan köhnə aeroportun yerində yeni aeroportun tikintisinin 400 milyon dollar dəyərləndirməklə layihəni şişirdib.
Qəzet müqayisələr aparır.

«Məsələn, Bolqarıstanın paytaxtı Sofiyadakı beynəlxalq hava limanı ildə 3,3 mln. sərnişin qəbul etmək gücündədir. Onun inşası dövlətə cəmi 200 mln. avroya başa gəlib.

Rusiyanın Uralda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən «Koltsovo» beynəlxalq hava limanı bütün növ təyyarələri qəbul edə bilir. İldə 5 milyona yaxın sərnişin qəbul etmək gücü olan bu hava limanında bütün növ xidmətlərdən istifadə etmək, hətta avtomobil almaq olar. Ötən əsrin 30-cu illərində inşa edilən bu hava limanının yenidən qurulmasına Rusiya hökuməti cəmi 200 mln. dollar sərf edib.
Yazıda digər nümunələr də gətirilir.

«Ukraynanın Donetsk şəhərindəki beynəlxalq hava limanı ildə 6 milyondan artıq sərnişin qəbul etmək gücündədir. Sovet vaxtında inşa edilən bu hava limanının müasir standartlara cavab verməsi üçün yenidən qurulmasına 122 mln. dollar sərf edilib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG