Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12

Müttəfiq qüvvələr Gaddafi rejiminə qarşı hərəkətə keçib


Liviyada Gaddafi qüvvələrinin Benqazi şəhərinə hücumunu dayandırmaq üçün müttəfiq hərbi-hava qüvvələri bu gün hərəkətə gətirilib.

Bu barədə Fransa prezidenti Nikole Sarkozi bu gün Avropa Birliyi, Birləşmiş Ştatlar və Ərəb Dövlətləri Liqasının Parisdə keçirilən görüşündən sonra məlumat verib.

Hərbi mənbələr Fransanın bir neçə kəşfiyyat təyyarəsinin artıq bu gün Liviya üzərində uçuşlar etdiyini deyirlər.

Həmçinin ABŞ və Danimarka təyyarələrinin İtaliyadakı hərbi hava bazasına düşdükləri xəbər verilir.

Minlərlə yerli sakinin Benqazini tərk etdiyi xəbər verilir.

Beynəlxalq aləm Gaddafi rejimini özünün elan elədiyi atəşkəsi pozmaqda itiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG