Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

Ombudsman aparatının əməkdaşları Eynulla Fətullayevə baş çəkib


Azərbaycan Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Eynulla Fətullayevlə aparılan söhbət zamanı jurnalist səhhətində bəzi narahatlıqlar olduğunu və müayinədən keçdiyini bildirib.

Ombudsman aparatının əməkdaşları Eynulla Fətullayevə bildiriblər ki, onun vəziyyəti diqqətdə saxlanılır və müayinədən keçməsi ilə bağlı martın 17-də müəssisə rəhbərliyinə tapşırıq verilib.

Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Ombudsmana yaxın günlərdə jurnalisitin bir daha müayinə ediləcəyi və ona lazımi tibbi yardım göstəriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG