Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:05

İki qəzetçinin ölkədəki vəziyyətə münasibəti...


Tahir Aydınoğlu və Rahim Hacı
Tahir Aydınoğlu və Rahim Hacı
«Panorama» verilişində suallara «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacı və «Xalq qəzeti»nin redaktor müavini Tahir Aydınoğlu cavab verir.

Rahim Hacı:

«HÖKUMƏT İNZİBATİ TƏDBİRLƏRDƏN ƏL ÇƏKMƏLİDİR»

«Hökumət korrupsiyaya qarşı real mübarizədən danışırsa, inzibati tədbirlərdən əl çəkməlidir. İlham Əliyev səviyyəsində korrupsiyadan və monopoliyadan imtina edilməlidir. Əslində bazar iqtisadiyyatı olan yerdə monopoliyaya yer yoxdur. Azad, şəffaf bazar yaradılmalıdır. Qanunvericilik tamamilə azad bazarın tələblərinə uyğunlaşdırılmalıdır. Burada toyuq-yumurta məsələsi yada düşür. Hakimiyyət istəsə, bunu edə bilər. Sadəcə, istəmir. Fərman və sərəncamlarla bu problemlər həll edilən deyil. Nə qədər ki, xalqın iradəsi əsasında demokratik seçkilər keçirilməyib, nə qədər ki, xalqın iradəsi ilə hakimiyyət formalaşmayıb, bu vəziyyət dəyişməyəcək. Bazar iqtisadiyyatı və demokratiya-bunlar bir-birindən ayrılmaz anlayışlardır».

Tahir Aydınoğlu:

«AŞAĞILARDA FƏALLIQ YOXDUR»

«Hər şey yuxarının istəyindən asılı deyil. Hər şey aşağının da istəyindən asılı deyil. Söhbət monopoliyanın aradan götürülməsindən gedirsə, elə sahələr var ki, orada monopoliya yoxdur. Məsələn, kartofda. Möhtəkirlər qiymətlərin artmasına rəvac verir. Dünyanın hər yerində belə hallarda hakimiyyət orqanları işə qarışırlar. Qiymətlər tənzimlənir. Gəlin çıxaq küçəyə. İnsanlardan belə vəziyyətdə soruşanda, deyəcəklər dövlət hara baxır. Köhnə Sovet sistemindən çıxmışıq. Aşağılarda fəallıq yoxdur. Onlar istehlakçı kimi hüquqlarını qorumurlar. Yenə də dövlətdən tələb edirlər. Belə vəziyyətdə nə olsun? Supergüclər Azərbaycanda ədalətin bərpasını istəyirlərsə, niyə ikili standartlara yol verilir? Azərbaycanın 20 faiz ərazisinin 20 ildir işğalına elə göz yumurlar ki... Guya hakimiyyət dəyişsə, onların Qarabağ münaqişəsinə münasibəti dəyişəcək?»

XS
SM
MD
LG