Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Azərbaycanlı jurnalist Almaniyada döyülüb


Fəxrəddin Hacıbəyli
Martın 18-də Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylini döyüblər. Hazırda xəstəxanada olduğunu, iki qabırğasının sındığını bildirən jurnalist hadisənin Berlində Novruz şənliyi zamanı baş verdiyini deyir. F. Hacıbəylinin bildirdiyinə görə, döyülməsinə bir il əvvəl «Azadlıq» qəzetində yazdığı məqalə səbəb olub:

«Ermənistan səfirliyi qarşısında mitinq təyin etmişdilər. 4 təşkilatın adından vur-tut 16-17 adam iştirak edirdi. Mən də tənqid şəklində yazdım ki, 17-ni 4-ə böləndə hərəsinə nə qədər düşür? Yazdım ki, gələn il mitinqə 100-200 adam çıxarmaq üçün bu hesabla neçə təşkilat yaratmalıyıq? Bir az sarkastik yanaşma idi, təhqir yox idi. Diaspor işi ilə məşğul olan təşkilatlar sonradan Bakıya verdikləri hesabatlarda bildirirlər ki, guya böyük, möhtəşəm mitinq keçirdilər, erməniləri Avropada biabır etdilər».

F. Hacıbəyli döyülməsində Almaniyadakı Azərbaycan Evinin sədri Tofiq Qarayevi günahlandırır:

«Görünür, bu adam yazını diskussiya etmək yox, aranı qatıb fiziki zor tətbiq etmək məqsədi daşıyırdı ki, məni itələdi. Kənarda gözləyən adamlar üstümə hücum çəkib, məni təpiklədilər, yumruqladılar».

Azərbaycan Evinin sədri T. Qarayev isə AzadlıqRadiosuna deyilənləri təkzib edir. F. Hacıbəylinin ondan polisə şikayət etdiyini və məsələni məhkəmənin araşdıracağını deyir:

«Dünən Novruz Bayramı ilə bağlı banket idi. Biz bayırda siqaret çəkirdik. Bir az onunla mübahisəmiz düşdü. O mənə, mən ona əl atdım. Kim onu qıraqdan döydü, görmədim. O, polisi çağırdı, ifadə verdi. Polis də mənim soyadımı yazdı. İndi məhkəməyə verib məni».

Günün bütün mövzuları

XS
SM
MD
LG