Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

Misirdə konstitusiya ilə bağlı referendum keçirilir


Bu gün Misirdə konstitusiyada islahatlarla bağlı referendum keçirilir.

Çevrilişdən sonra ölkəni idarə edən ali hərbi şura seçiciləri fəallıq gğstərməyə çağırıb.

Hərbi hakimiyyət bildirib ki, əsas məqsəd bu il ölkədə yeni prezident və parlament seçkiləri keçirmək üçün siyasi ab-hava yaratmaqdır.

Ölkədə ən nüfuzlu qüvvələrdən olan “Müsəlman Qardaşları” hərəkatı islahatları dəstəkləyir.

Nobel sülh mükafatı laeruatı Mohamed El Baradi də daxil olmaqla Misirdəki demokratik hərəkatın tərəfdarları isə xalqı referendumda yox deməyə çağırıblar.

Onların fikrincə konstitusiyaya təklif edilən əlavə və düzəlişlər ölkənin siyasi sistemində islahatlar aparmaq üçün bəs deyil.

Onlar hesab edirlər ki, yeni konstitusiya qəbul edilməlidir.

Avropa Parlamenti referendumun gedişini izləmək üçün Misirə 14 deputat göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG