Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Prezident Novruz şənliyində iştirak edib


Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində iştirak edib.

Milli Parkda təşkil olunmuş bayram tədbirinə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də qatılıb.

İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar Novruz adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.

Prezident Milli Parkı gəzib, şənlikdə iştirak edib, kosa və keçəllə yumurta döyüşdürüb.

İctimaiyyət nümayəndələri ilə söhbət edən prezident onları bayram münasibətilə təbrik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG