Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

Fukusimoda 4 reaktorun soyurma sistemi işə salına bilər


Yaponiyanın “Fukusima-Dayiçi” atom elektrik stansiyasında bu gün 6 reaktordan 4-də soyutma sisteminin işə salınacağı ehtimal olunur.

Qalan iki reaktorda isə soyutma sisteminin bazar günü işə salınacağı gözlənilir.

Sistem işə düşənədək reaktorların suyla soyudulması davam edəcək.

Ölkədə nüvə təhlükəsinin səviyyəsini 4 baldan 5-ə qaldırıb.

Martın 11-də 9 ballıq zəlzələdən sonra stansiyada qəza baş verib.

Bu 1986-cı il Cernobl faciəsindən sonra baş vermiş ən ciddi qəza hesab olunur.

Zəlzələ və sunami nəticəsində ölən və itkin düşənlərin sayı 18 min nəfəri ötüb.

İndiyədək 7 200 nəfərin ölümü rəsmi təsdiqlənib.
XS
SM
MD
LG