Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:46

Bakı Metropoliteninin inkişafı ilə bağlı sərəncam imzalanıb


Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, proqrama uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat
Nazirliyi, Maliyyə Nazirliyi və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsini təmin etsin və onun icrasının gedişi barədə hər ilin yekununda prezidentə məlumat versin.
XS
SM
MD
LG