Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Şənbə günü Parisdə Liviyayla bağlı konkret addımlar müzakirə olunacaq


Gaddafi rejimi Liviyada bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

Ölkənin xarici işlər naziri Mussa Koussa bildirib ki, Liviya BMT-ni üzvü kimi BMT-nin bu ölkəylə bağlı qətnaməsinə əməl etməlidir.

Dünən qəbul edilmiş qətnamədə Liviya üzərində uçuşların qadağan edilməsi və dinc sakinləri qorumaq üçün bütün lazimi tədbirlər nəzərdə tutulur.

BMT-nin baş katibi Ban Kİ Moon bildirib ki, Liviyada mülki sakinlərin ölümünə görə cavabdehlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton isə deyib ki, bunu sözdə yox, əməldə görmək lazımdır.

Avropa, Ərəb və Afrika ölkələrinin liderləri Liviyada mülki sakinlərin müdafiəsilə bağlı konkret tədbirləri müzakirə etmək üçün şənbə günü Parisdə BMT-nin baş katibi Ban Ki Moonla görüşməlidirlər.
XS
SM
MD
LG