Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50
Vercihan Ziflioglu / Hurriyet Daily News

Özünü idealist sayan türkiyəli tələbə Məhmət Fatih Oztarsu Qafqazda olub. Onun birinci dayanacağı Azərbaycanın paytaxtı Bakı idi. «Qohum ölkə» kimi xarakterizə edilən ölkədə o, Qafqaz Universitetində beynəlxalq məsələləri öyrənib. Burdakı təhsildən sonra araşdırmaları onu Gürcüstana aparıb, burda o qərara alıb ki, sərhəddin o tayına, Ermənistana da keçsin.

Yerevana gəldikdən az sonra Oztarsu Yerevan Dövlət Universitetində «Şərqi Ermənistan» adlı özəl kursda oxumağa və «Aravod» qəzetinə məqalələr yazmağa başlayıb. «Şərqi Ermənistan» Ermənistanda və İranda danışılan erməni dialekti üçün işlədilən termindir. İstanbul, Fransa, ABŞ və dünyanın digər yerlərindəki ermənilərin dialekti burdakı dialektdən fərqlənir. Dünyadakı erməni dialekti isə «Qərbi Ermənistan» adlanır.

1915-ci il və Dağliq Qarabağla bağlı Oztarsunun rəyi Ermənistandakı ümumi rəydən fərqlənir, o fikirləşir ki, heç kəs Türkiyə-Ermənistan sərhədlərinin bağlı qalmasından fayda götürməyib.

Türkiyə Ermənistanla münaqişədə olan Azərbaycana dəstək vermək üçün 1993-cü ildən bu ölkə ilə sərhəddini bağlayıb.

Bu günlərdə Oztarsu Azərbaycanda və Ermənistanda yaşayan xarici kimi təcrübəsini «Hurriyet Daily News & Economic Review» qəzeti ilə bölüşüb.

«ERMƏNİ DİLİNİ ÖYRƏNMƏK VACİBDİR»


Ondan soruşanda ki, Bakıdakı təhsildən sonra Ermənistana getmək qərarını niyə verdi, Oztarsunun cavabı belə oldu ki, türklər üçün Ermənistanı və onun dilini öyrənmək çox vacibdir:

- Türkiyə üçü Erməni dili vacib məsələdir. Türkiyə üçün bu dili bilən diplomatsız, jurnalistsiz, tədqiqatçısız Ermənistanı və onun siyasətini başa düşmək mümkün deyil. Səmimi müraciətimdən sonra mən Ankara və Bakıdan dəstək aldım. Əlavə edim ki, erməni gəncləri də Türkiyə dilini öyrənirlər.

Yerevan Dövlət Universiteti
Oztarsu
deyir ki, o, Ermənistana səfər edəndə ilk günlər türk olduğu üçün problemlə üzləşəcəyini düşünüb, amma o, gözlədiyinin əksinə, isti münasibətlə qarşılaşıb.

Ondan soruşduq ki, niyə «Şərqi Ermənistan» dialektini öyrənmək istəyirdi, Oztarsu cavab verdi ki, Qafqaz üzrə alim kimi ona Ermənistanda yaşayan ermənilərlə əlaqə daha vacibdir.

- Əgər Fransada və ya ABŞ-da «Qərbi Ermənistan» dialektini öyrənsəydim, Ermənistan əhalisi ilə ünsiyyət problemi yaşayacaqdım. Yerevana gələn Ermənistan diasporası yalnız «Qərbi Ermənistan» dialektində danışa bilir və buna görə də onlar ingiliscə yazırlar. Mən isə Qafqaz üzrə ekspert kimi ermənilərin dediklərini başa düşmək istəyirəm.

«İRANDAN BAŞQA HEÇ KƏS BU SİYASƏTDƏN FAYDA GÖTÜRMƏYİB»


«Ermənistanda millətçilər güman edir ki, Türkiyə bir səhər oyanıb bütün Ermənistanı xaraba qoyacaq. Burda çox az adam var ki, 1915-ci il hadisələrindən xəbərdardı. Heç kim bilmir ki, əvvəllər nə olub, bundan sonra nə olacaq», - Oztarsu deyir.

Ermənistanın Türkiyəyə təzyiqləri və Qarabağ münaqişəsilə müşahidə olunan xarici siyasətindən kim xeyir götürə bilib? Oztarsunun bu suala cavabı belə oldu ki, İran istisna olmaqla, heç bir ölkə bu status-kvotodan yararlanmayıb.

- İran sərhədlərin bağlı qalmasından faydalanır. Onlar regionda güclü ticarət əlaqələri qururlar. Onlar hətta Yerevandakı türk məscidinə yalan iddia ilə çıxış ediblər.
Qarabağın həlli təckə Yerevanın əlində deyil

Oztarsu həmçinin Qarabağla da bağlı öz rəyini açıqlayır:

- Ermənistan Qarabağı işğal edib.Biz muxtar regionun üsyanını və Ermənistanın bundan öz üstünlüyü kimi yararlanmasını sadəcə “ərazi uğrunda savaş” kimi izah etməməliyik. Burda Azərbaycanın digər əraziləri də işğal olunub. 1 milyon azərbaycanlı qovulub. Türkiyə bu adamların ağır həyat tərzinə laqeyd qala bilmir.

Oztarsu Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minks həmsədrlərinin fəaliyyətini də tənqid edir. O bildirir ki, Ermənistan Qarabağla bağlı real yanaşmaları qəbul etməlidir. «Hərçənd, münaqişənin həlli təkcə Ermənistanın əlində deyil», - o deyir.

2008-ci ildə Türkiyə prezidenti Abdulla Gül Türkiyə və Ermənistan arasındakı futbol oyununu izləmək üçün Yerevana getmişdi. Ondan sonra «futbol diplomatiyası» adı ilə çağrılan proses başlamışdı- ikitərəfli diplomatik münasibətlərin normallaşması ilə bağlı müzakirələr aparılmış, hətta sərhədlərin açılması ilə bağlı protokollar imzalanmışdı.

Amma bu protokollar ölkə parlamentlərində ratifikasiya edilmədi. Oztarsu deyir:

- Biz öz problemimizi heç kimin müdaxiləsi olmadan özümüz etməliyik. 1915-ci il hadisələrindən bir alət kimi istifadə olunması lazımlı və faydalı deyil. Ankara və Yerevan arasında dialoq qaçılmazdır.

Sayta hazırladı: Səadət Akifqızı

Şərhləri göstər

XS
SM
MD
LG