Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:26
AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan vəkil Adil İsmayılov «Azərbaycanda vəkil olmaq...» barədə danışarkən bunları deyib.

«Vəkilliyin problemi həm də cəmiyyətin problemidir».

«Vəkillikdə yaranan problemlər Azərbaycanda, dövlətdə, cəmiyyətdə yaranan problemlərdir. Dövlət necə idarə olunursa, vəkillik də o qaydada idarə olunur».

«Neçə il keçməsinə baxmayaraq, indiyə qədər vəkillərin ümumi yığıncağı olmayıb, vəkillərin rəhbər heyəti seçilməyib».

«Vəkillər elə bir gündədirlər ki, BU YAZIQLAR ÖZLƏRİNƏ HEÇ GÜN AĞLAYA BİLMİRLƏR».

«Vəkillər haqqında məlumat almaq çox çətindir».

«Vəkillikdə yaşı 30-dan aşağı olan adamların sayını əl barmaqları ilə saymaq olar. Gənclər tərəfindən vəkilliyə maraq yoxdur».

«Vəkillik haqqında qanun elə bir vəziyyət yaradıb ki, istəyən adamın da vəkilliyə gəlməsi çox böyük bir problemdir».

«Normal hüquqi dövlətin ədalət mühakiməsinin güzgüsü vəkillikdir. Vəkilliyi güclü olan dövlətin ədalət mühakiməsi də güclüdür, dövlət də güclüdür, qanunçuluq da güclüdür. O dövlətdə ki, qanunçuluq, ədalət mühakiməsi istəmir, o dövlətdə vəkilliyə yer yoxdur».

«VƏKİLLİYƏ OLAN MÜNASİBƏT, JURNALİSTİKAYA OLAN MÜNASİBƏTDƏN DƏ PİSDİR».

«Jurnalistlərə ildə bir-iki dəfə Mətbuata Yardım Fondu tərəfindən pul ayrılır, torpaq sahəsi ayrılır, jurnalistlərin peşə günü var. Vəkillikdə bunlar da yoxdur».

«Adil İsmayılovun o yardıma ehtiyacı yoxdur. Çünki Adil İsmayılovun müştəri bazası var. Amma vəkilliyə gələn adam harada yığmalıdır bu müştərini özünə?».

«Harada ki, inkişafa ehtiyac duyulur, onun inkişaf etməsinə şərait yaratmaq lazımdır».

«Azərbaycanda vəkilə dövlət tərəfindən bir saatına görə 2 manat pul verirlər. 2 manatın 1 manatını da vergi kimi tuturlar».

«Adamlar 100 min manat tapıb ev ala bilirlər. Amma vəkilə 500 manat verib, aldığı evin sənədini göstərib, buna bir hüquqi rəy almağa çəkinirlər».

Adil İsmayılov
«Mən vəkil kimi 2 manata işləmərəm. Mən normal pul alıram vəkillik fəaliyyəti üçün. DÖVLƏT 2 MANAT VERİR VƏ BU, TƏHQİRDİR».

«2 manatlıq vəkillər heç bir işi olmayan vəkillərdir. Onlar sadəcə gedib o sənədlərə imza edirlər. O, 2 manatın üstündə də 5-10 manat da müstəntiqdən, prokurordan, hakimdən alırlar».

«Azərbaycanda elə kateqoriyalı işlər var ki, orada vəkilin iştirakı məcburidir. Vətəndaş özünə vəkil tuta bilmir. Dövlət hesabına gələn vəkilə müstəntiq ikinci dəfə zəng edəndə, vəkil deyir ki, mən başqa işdəyəm, müstəntiqin işi qalır. Müstəntiq məcburən cibindən pul verir ki, vəkil gəlib bunun işinə qol çəksin».

«Nəyə görə dövlət prokurora, polisə, məhkəməyə verməyə pul tapır, vəkilə çatanda pul tapılmır?».

«Vəkillikdə doğurdan da vasitəçilik edən adamlar var. Azərbaycanda ən şəffaf sahə rüşvət sahəsidir. Şəxsən mən vasitəçilik etmirəm və bunu özümə sığışdırmıram».

«Vəkillikdə az-çox hörməti olan və prinsipial vəkilləri prokurorluq daim sıxışdırır. Vəkillər Kollegiyasının rəhbərliyi də prokurorluqla həmrəydir bu məsələdə».

«VƏKİLLİYİN MÜŞTƏRİYƏ VERDİYİ XEYİR, MOLLANIN ÖLÜYƏ VERDİYİ XEYİR QƏDƏRDİR. Amma görün, ölüsünü mollasız dəfn edən var?».

«Necə xəstələnməmiş, yatağa düşməmiş insanlar həkimə getmirlər, o qaydada vəkilə də olan münasibət eynidir».

«Siyasi iradə olmalıdır və vəkilliyə münasibət dəyişməlidir».

«Vasitəçilik edən vəkil varsa, özünə çatacaq pulu hakimə verir».

«Hərdənbir məhkəmədən gələndən sonra kinodan o fraqment yadıma düşür: «Uşaqlar da evdə deyir ki, atam işə gedib...».

«Belə bir deyim var: Pul verib vəkil tutmaqdansa, pul verib hakim tutaram özümə».

Şərhləri göstər

XS
SM
MD
LG