Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:58

Yaponiyada qurbanların xatirəsi anılıb


Bu gün Yaponiyada zəlzələ və sunami nəticəsində həlak olanların xatirəsi anılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayının 16 mindən çox olduğu deyilir.

Ötən həftə zəlzələdən sonra baş verən sunami atom elektrik stansiyasının altı reaktorundan dördünü zədələyib. Tokiodan 250 km şimal-şərqdə radiasiya təhlükəsi yaranıb. Yaponiya Fukushima zavodunda reaktorların soyudulması ilə mübarizə aparır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amanon Yaponiyadadır. O, Yaponiyadakı nüvə fövqəladə vəziyyəti "çox ciddi ekstremal situasiya kimi qiymətləndirib və deyib ki, beynəlxalq əməkdaşlıq tələb olunacaq.

Yaponiyadakı nüvə böhranı 1986-cı ildə Ukraynada baş verən Çernobıl hadisəsi kimi təsvir edilir.
XS
SM
MD
LG