Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:55

Tbilisidə 100 milyon dollarlıq laboratoriya tikilib


Bu gün Tbilisidə Gürcüstan və ABŞ-ın bioloji araşdırmalarla bağlı birgə layihəsinin təqdimatının olacağı gözlənir. Rəsmilər bildirir ki, bu yeni mərkəz nəticəsində xəstəliklərin qlobal yayılması və bioloji terrorizm ilə mübarizə yolları öyrəniləcək.

Reuters xəbər agentliyi məlumat verir ki, mərkəz 100 milyon dollara tikilib, vəsaiti ABŞ hökuməti ödəyib. ABŞ-ın Gürcüstandakı səfiri John Bass deyib ki, Gürcüstan və Amerika alimləri yoluxucu xəstəliklərin aşkar olunması və epidemoloji müşahidə və tədqiqatlar aparmaq üçün bu laboratoriyadan istifadə edə biləcəklər.

Səfir deyib ki, bu laboratoriyada "bəzi həssas tədqiqatlar" aparıla biləcək və təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq. Amma o bildirib ki, burda "məxfi tədqiqat" və ya bioloji silahların inkişaf etdirilməsi üçün araşdırma aparılması niyyəti yoxdur.

ABŞ Gürcüstanın əsas müttəfiqlərindən biridir.
XS
SM
MD
LG