Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:10

Liviyada uçuşlara qadağa qoyulur


Birləşmiş Millətlər Təşkilatı Bakı vaxtı ilə gecə saat 3-də Liviya ilə bağlı qərar qəbul edib. BMT Liviyadakı hadisələrə beynəlxalq hərbi müdaxilə üçün yol açıb. Qərarda Muammar Qaddafinin müxalif qüvvələrə qarşı hücumlarını məhdudlaşdırmaq üçün Liviya üzərində uçuşlara qadağa qoyulub. Bildirilir ki, Liviyada dinc əhaliyə qarşı kömək etmək üçün "bütün mümkün vasitələrdən" istifadə ediləcək.
Buna baxmayaraq, qərar Liviya ərazisinə quru qoşun göndərilməsini istisna edir.
Xəbər agentlikləri Liviya müxalifətinin BMT-nin qərarı haqda məlumatı atəşfəşangliqla qarşıladığını yazırlar.

BMT qətnaməsinin lehinə 10 ölkə səs verib. Əleyhinə səs verən ölkə olmayıb. 5 ölkə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin səs verməyib. Lakin sonuncu 2 dövlət veto hüququndan da istifadə etməyib, ona görə də qərar qəbul edilmiş sayılır.

Qaddafi ordusu indiyə qədər müxalifət üzərindəki hərbi üstünlüyü əsasən hava hücumları sayəsində əldə edirdi. Bundan sonra hadisələrin necə inkişaf edəcəyi Beynəlxalq qüvvələrin və NATO-nun tədbir planlarından asılı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG