Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59
Martın 15-dən 17-nə kimi Bakı, Yerevan və Dağlıq Qarabağda olan ATƏT-in Minsk Qrupu həmsədrləri səfərlərinin sonunda bəyanat yayıblar.

Bəyanatda həmsədrlər tərəfləri 5 mart Soçi görüşündə yaranmış müsbət məqamlardan yararlanmağa və baza prinsiplərini razılaşdırmaq üçün prioritet məsələlərə diqqət yönəltməyə çağırıblar.

Beynəlxalq vasitəçilər tərəflərlə atəşkəs rejiminin pozulmasına qarşı konkret tədbirləri müzakirə ediblər. Həmsədrlər vurğulayıblar ki, Soçi görüşündən əvvəl və sonra qoşunların təmas xəttində baş vermiş insidentlər belə bir mexanizmin yaradılmasının vacibliyini nümayiş etdirir. Onlar tərəflərə snayperlərin təmas xəttindən uzaqlaşdırılması barədə uzun müddətdən bəri irəli sürdükləri təklifi xatırladıblar. Həmsədrlər günahsız insanların həyatını xilas edə biləcək həmin təklifin qəbul olunmasını yenidən təkid ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG