Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

Azərbaycan İslam Partiyasının keçmiş sədri Əlikram Əliyev vəfat edib


APA-nın məlumatına görə, Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün saat 17.00 radələrində yaşadığı Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib.

Yaxınları onun bir neçə ildir ki, şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkdiyini deyirlər.

Əlikram Əliyev 1940-cı ildə Bakıda anadan olub.

1996-cı ilin mayında vətənə xəyanət ittihamıyla həbs olunub,1999-cu ilin noyabrında əfv edilib.

2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələrdə fəallıq göstərib və 6 il müddətinə azadlıqdan məhrum edilib, 2003-cü ildə isə yenidən əfv edilib.
XS
SM
MD
LG