Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27
Martın 17-də Sabirabad rayonunun Muğangəncəli kəndində daşqınlardan zərər çəkən 50-dən çox adam etiraz aksiyası keçirib.

Kənd sakinləri AzadlıqRadiosuna bildiriblər ki, 2010-cu ilin yayında baş verən daşqınlar zamanı əkin üçün yararlı torpaqları su altında qalsa da, kompensasiya ala bilmirlər. Kompensasiyaların verilməsində açıq-aşkar ayrı-seçkilik də var:

«Bizim torpaqlarımız tamamilə suyun altında qalıb. Bizə kompensasiya verilmir, heç adımızı siyahıya belə salmayıblar. Amma elə adam var ki, onun torpağına heç su gedib çatmayıb, ancaq adları müxtəlif yollarla zərərçəkənlər siyahısına salınıb. Artıq həmin adamlar pullarını almaqdadırlar».

Kəndəki poçtun qarşısına toplaşan narazılar yaranmış vəziyyətlə əlaqədar əvvəlcə Baş Prokurordakı 161 «qaynar xətt»inə zəng ediblər.

Sakinlər deyir ki, onlar Bakıya-Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşə getməyə hazırlaşırlar.

Daşqınlar zamanı su altında qalan əkinəyararlı torpaq sahələrinin sahiblərinə hər hektara görə 250 manat kompensasiya nəzərdə tutulub. Amma həmin kompensasiyalar 1000 manatı keçməmək şərtilə paylanır. Kompensasiya 10 min nəfərdən çox torpaq sahibini əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG