Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

İran Bəhreyindəki səfirini geri çağırıb


BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay Bəhreyində kütləvi həbslər, qətllər, aksiyaçılar və tibb işçilərinin döyülməsi barədə şok xəbərlər aldığını deyir.

Həmçinin Amnesty İnternational təşkilatı Bəhreynin hakim dairələrini nümayişçilərə qarşı həddən artıq güc tətbiq etməkdə ittiham edib.

Bəhreynin təhlükəsizlik qüvvələri çərşənbə günü paytaxt Manamada nümayişi dağıdarkən gözyaşardıcı qaz, tank və vertolyotlardan istifadə edib.

Azı 6 müxalifət liderinin həbs olunduğu xəbər verilir.

Səudiyyə Ərəbistanı Bəhreyin hökumətinin xahişilə bu ölkəyə qoşun yeridib.

İran Səudiyyə Ərəbistanının bu addımını ittiham edib.

İran televiziyasının məlumatına görə, Tehran Bəhreyindəki səfirini geri çağırıb.
Şiələrin üstünlük təşkil etdiyi Bəhreyni sünni azlığı idarə edir.

Müxalifət ölkədə islahatlar aparılmasını tələb edir.
XS
SM
MD
LG