Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Martın 27-də yay vaxtına keçilir


Mart 27-də yay vaxtına keçilməsi ilə əlaqədar saatlar bir saat qabağa çəkiləcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 17 mart 1997-ci il Qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 27-də saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG