Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44

ABŞ agenti buraxıldı


Pakistan məhkəməsi Mərkəzi Kəşfiyyat İdarəsinin ştatdankənar əməkdaşı Raymond Davisi azad edib. O Lahorda iki nəfəri öldürməkdə ittiham olunurdu.

Pakistan rəsmiləri deyirlər ki, Davis şəriət qanunlarına uyğun olaraq qurbanların ailəsinə 2 milyon dollardan artıq «qan pulu» ödəndikdən sonra buraxılıb.

Hərçənd ABŞ dövlət katibi Hillary Clinton Davisin buraxıması üçün təzminat ödənməsini təkzib edib.

Davis həmin adamları özünü müdafiə məqsədilə öldürdüyünü demişdi.

ABŞ rəsmilərisə bildirmişdilər ki, Davisin diplomat kimi toxunulmazlıq hüququ var və o azad olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG