Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:20

Məhəmməd Əli İrana müraciət etdi


ABŞ-ın məşhur boks əfsanəsi Məhəmməd Əli İranın Ali rəhbərinə İran həbsxanasında saxlanılan iki amerikalının azad edilməsi üçün müraciət edib.

Həmin iki nəfər casusluqda ittiham olunur. 2009-cu ilin iyulundan İranda saxlanılır.

Məhəmməd Əlinin Kentukidəki sözçüsü Cinni Kenk (Jeanie Kahnke) bu gün deyib ki, 69 yaşlı ağır çəkidə keçmiş dünya çempionu öz xahişini keçən ay ali dini rəhbər Ayatollah Ali Xameneyiyə təqdim edib. Şeyn Bauer (Shane Bauer) və Coş Fattal (Josh Fattal) İran sərhədində həbs olunublar. Onlar deyirlər ki, piyada gəzərkən ola bilsin ki, ehtiyatsizliq edib sərhədi keçiblər.

Üçüncü amerikalı Sara Şoerd (Sarah Shourd) sentyabr ayında 500 min ABŞ dollar girov müqabilində azad olunaraq evinə dönüb.
XS
SM
MD
LG