Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:10

BMT-nin təhlükəsizlik şurası Liviyadakı vəziyyəti müzakirə edib


Liviyada Gaddafiyə sadiq qüvvələr ölkənin şərqindəki Acabiya şəhərinə hücumu davam etdirir.

Məlumatlara görə son gün ərzində şəhər uğrunda gedən döyüşlərdə azı 26 nəfər ölüb.

Gaddafi qüvvələri müxalifətin əlində olan Misrata şəhərinə də hücum ediblər.

BMT-nin təhlükəsizlik şurası Liviya üzərində uşuşların qadağan edilməsi və Liviyaya silah göndəırilməsinə qoyulmuş embaqonun kəskinləşdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edib.

Bu qanun layihəsini Ərəb Dövlətləri lİqası təklif edib və onu Fransa ilə Böyük Britaniya dəstəkləyib.

Gaddafinin oğlu Saif al İslam Euronews televiziya kanalına müsahibəsində hökumət qüvvələrinin üsyançılarən əsas dayaq məntəqəsi olan Benqazi şəhərinə yaxınlaşdığını və şəhərin yaxın 2 sutka ərzində üsyançılardan azad olunacağını deyib.
XS
SM
MD
LG