Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Bəhreyndə müxalifətin çadırları dağıdıldı


Müxalifət fəalları hökumət qüvvələrinin qarşısını əliyalın kəsməyə çalışırlar, 16 mart 2011
Müxalifət fəalları hökumət qüvvələrinin qarşısını əliyalın kəsməyə çalışırlar, 16 mart 2011

ÇADIRLAR DAĞIDILDI


Bəhreyndə hökumət qüvvələri zirehli texnikanın köməyi ilə paytaxt Manamanın mərkəzi meydanında müxalifətin qurduğu çadırlara hücum edib. Müxalifət azı iki nəfərin həlak olduğunu, çox sayda adamın yaralandığını bildirir. Hökumətin məlumatına görə qarşıdurmada iki polis əməkdaşı da həlak olub.

Bu meydanda bir aya yaxın idi ki, müxalifətin etiraz aksiyaları keçirirlirdi. Amma dünən Bəhreyndə hakimiyyət başında olan sünni monarxın müdafiəsi üçün Körfəzdəki ərəb ölkələrindən 1000 nəfərlik hərbi qüvvə bu ölkəyə daxil olub. Müxalifət bu addımı açıq-aşkar işğalçılıq adlandırıb.
Körfəz Əməkdaşlıq Şurasının qüvvələri paytaxt Manamada müxalifətin mitinq keçirdiyi meydana doğru hərəkət edir, 16 mart 2011

200 İLLİK HAKİM AİLƏ

Səudiyyə Ərəbistanının sünni monarxiyası 200 ildir Bəhreynə rəhbərlik edən Al Khalifa ailəsi ilə dostluq edir. Amma son vaxtlar ərəb ölkələrini bürüyən inqilabları yatırmaq üçün region ölkələrinin rəhbərlərinin əlbir hərəkət etmələri ilk hadisədir.

Bəhreyndə müxalifət daha çox demokratiya və adanın çoxluqda olan şiə sakinlərinə qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edir. bir aydır davam edən etiraz aksiyalarında həlak olanların sayı 13 nəfərə çatıb.

Müxalifətdə olanların çoxu bu yaxınlarda Tunis və Misirdə olduğu kimi Bəhreyndə də hökumətin azad seçki ilə formalaşmış parlamentdə yaradılmasını tələb edirlər. Amma onların bəziləri Bəhreyndə monarxiyanın ləğvini, bu ailənin hakimiyyətdən getməsini istəyir.

Etiraz aksiyalarına görə kral hökumətin tərkibində yerdəyişmələr edib, dörd nazirliyə yeni adamlar təyin edib. Amma kral hökumətə 40 ildir rəhbərlik edən baş nazir Sheikh Khalifah ibn Salman al-Khalifahın istefa verməsi barədə müxalifətin tələblərini rədd edib.

Manamada müxalifətin çadırlarına hücum, 16 mart 2011
Martın 15-də etiraz askiyaları zorakılığa gətirib çıxarmışdı. Qarşıdurma zamanı mitinqçilərdən iki nəfəri həlak olmuş, 200 nəfər də yaralanmışdı. Həmin gün Bəhreyn Kralı üç aylıq fövqəladə vəziyyət elan edib. Kral əsasən Pakistan, Yəmən, Suriya və İordaniyadan sünni müsəlmanlardan təşkil edilmiş təhlükəsizlik qüvvələrinə ölkədə sabitliyi bərpa etmək göstərişi verib.

İRANIN KÖRFƏZDƏKİ SÜNNİ DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞƏ BİLƏR

İranın prezidenti Mahmud Əhmədinejad sünni Körfəz ölkələrindən Bəhreyndəki etirazların yatırılmasına ordu cəlb edilməsini pisləyib. İraqdakı şiələr də də Bəhreyn hakimiyyətini məsuliyyətsizlikdə ittiham ediblər. Dünyada şiələrin dörd böyük liderindən biri olan Basheer al-Najafi bildirib ki, zorakılıq dərhal dayandırılmalıdır. Livandakı şiə qruplaşması olan Hizballah da dünən xəbərdarlıq edib ki, dinc xalq hərəkatına edilən zorakılıq Bəhreyndəki problemləri həll edə bilməyəcək.
Həmçinin oxuyun:

Bəhreyndə başlayan bu sünni-şiə qarşıdurması gələcəkdə İranla regionun sünni dövlətləri arasında ziddiyyətləri daha da qızışdıra bilər.

SƏUDİYYƏ ƏRƏBİSTANI ÖLKƏDƏKİ ŞİƏ AZLIQDAN ÇƏKİNİR


Xüsusilə Səudiyyə Ərəbistanı Bəhreyndə monarxiyanın çökməsindən daha çox narahatdır. Səudiyyə rəsmiləri düşünürlər ki, Bəhreyndə sünnilərin məğlubiyyəti bu ölkədə də şiə azlığı da etiraz aksiyalarına həvəsləndirə bilər.

Səudiyyə Ərəbistanında şiə icması əsasən ölkənin neftlə zəngin olan şərq bölgələrində məskunlaşıblar. Bu ərazilər isə Bəhreynə daha yaxındır.
Manamada müxalifətin çadırları dağıdılır, 16 mart 2011

Hərbi qüvvələrdə Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkədən - Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn, Qatar və Birləşmiş Ərəb Əmirliklərindən əsgərlər var. Bu ölkələrin içərisində yalnız Bəhreyndə şiələr əksəriyyəti təşkil edirlər.

Bəhreyndə böhran qızışında ABŞ-ın da işə qarışacağı barədə narahatlıqlar vardı. Çünki ABŞ-ın Beşinci Donanaması Bəhreyndə yerləşir. Bu donanama Fars Körfəzi, Qırmızı Dəniz, Ərəb Dənizi, və Şəqri Afrika sahillərinə nəzarət edir.
ABŞ və başqa ölkələr Bəhreyn hakimiyyətini böhranı siyasi yollarla həll etməyə çağırıblar. Amma hələlik bu ölkədə hökumətlə müxalifətin dil tapa bilməsi o qədər də real görünmür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG