Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:42
Martın 16-da metronun «20 Yanvar» stansiyası yaxınlığında onlarla taksi sürücüsü etiraz aksiyası keçirib. Hətta bir neçə dəqiqəliyə yolu da bağlayıblar.

Aksiya iştirakçıları AzadlıqRadiosuna deyiblər ki, onların narazılığına səbəb sürücü yoldaşlarından birinin polisin kobud davranışı ilə üzləşməsi olub. Onlar həmin polis əməkdaşının cəzalandırılmasını tələb edirlər.

- Polis sürücünü döyür ki, burda maşın saxlama, sərnişin götürmə. Burdada işarə yoxdur ki, taksi sürücüsü saxlaya bilər ya yox.

- Burda «Sədərəyə 1 manat 20 qəpiyə» deyib müştəri çağırırıq. Bu da «Azərsu»nun yeni rəhbərinin xoşuna gəlmir, deyir ki, səsiniz başıma düşür, burda durmayın. Bəs biz qırılmalıyıq? Polis də onların sözüylə bizi döyür. Tələbimiz odur ki, sürücünü döyən polis cəzalandırılsın.

Təxminən 40 dəqiqə davam edən Aksiyanı çoxsaylı polis əməkdaşları dağıdıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadisouna deyib ki, sürücü döyülübsə, problemin hüquqi müstəvidə həllinə çalışsın. Bunun üçün polisi idarəsinə və ya 102 saylı xidmətə müraciət etsin.

«Sürücü iddia etdiyi kimi polis onu döyübsə, həmin əməkdaşın cəzalandırılmasından əmin olsunlar».

O ki qaldı aksiyanın dağıdılmasına, DİN rəsmisi deyir ki, istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınıb və alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG