Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:38
TOYA GEDƏN BİTƏRƏF 7 SUTKA ALIB

Martın 12-də Xeyrulla Ağayev toya gedirmiş. Amma polis onu aksiya iştirakçısı adıyla saxlayıb bölməyə aparıb. Bir neçə saatdan sonrasa Xeyrulla Ağayevə məhkəmədə 7 sutka həbs cəzası verilib.

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev deyir.

Onun sözlərinə görə, 56 yaşlı Xeyrulla Ağayev bitərəfdir. Həmin gün də Müsavat Partiyasının etiraz aksiyasında iştirak etmək niyyəti olmayıb.

Vəkil deyir ki, əslində bu fakt həbslərin total şəkildə aparıldığını göstərir.

«Tutub aparıblar əvvəlcə Sabayel rayon Polis İdarəsinin 8-ci, sonra da 9-cu bölməsinə. Evə zəng etməyə imkan verilməyib, vəkillə təmin edilməyib. Xeyrulla Ağayevi aldadıblar ki, indi səni buraxacağıq. Sonra da məhkəmədə 7 sutka veriblər. Xeyrulla Ağayev deyir ki, onu saxlayan polislər ayrıları olub, məhkəmədə üzünə duranlar ayrı. O da deyir ki, bundan sonra mən ən radikal müxalifətçi olacam».

Məhkəmə qərarından narazı Xeyrulla Ağayevin işinə martın 17-də Appelyasiya Məhkəməsində baxılacaq.

«TOYA GEDƏNİN FƏVVARƏLƏR MEYDANINDA NƏ İŞİ»


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Xeyrulla Ağayevlə bağlı deyilənləri yalan və absurd adlandırdı.

«Toya gedənin Fəvvarələr Meydaında nə işi ola bilərdi? DİN əməkdaşları ancaq ictimai asayişi pozan və polisin qanuni tələblərinə tabe olmayanları saxlayıb. Xeyrulla Ağayev də onlardan biridir».

DİN-in məlumatına görə, Müsavat Partiyasının aksiyası zamanı 50 nəfər saxlanıb. Onlardan 20-nin işi məhkəməyə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG