Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

Strasburqda 9 yaşlı Farizin qətlinə etiraz olaraq aksiya keçirilib


Fransadakı Azərbaycan diasporu bu gün Strasburqda Avropa Şurasının binası qarşısında 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsinə etiraz olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiyada “Ermənistan təcavüzünə son!”, “Uşaqların qatillərinə ar olsun!” kimi şüarlar səsləndirilib.

Aksiyaçılar sonda 9 yaşlı Farizin öldürülməsi ilə bağlı bəyanat yayıblar.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, Avropa Şurasının baş katibi, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı, Ailə və uşaqlarla bağlı Komissiyanın sədri və Nazirlər Komitəsinin sədrinə bəyanat və Farizin şəklləri olan zərflər təqdim olunub.

Zərflər Avropa Şurası və Avropa Birliyi deputatlarının elektron ünvanlarına da göndərilib.
XS
SM
MD
LG