Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Ermənistanda əsirlikdə olan çavuş Anar Hacıyev sabah qaytarılacaq


Erməni əsirliyində olan Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev sabah geri qaytarılacaq.

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov məlumat verib.

Onun sözlərinə görə, əməliyyat sabah saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan isə qarşı tərəfə təhvil veriləcək.

Xatırladaq ki, hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır.

Kiçik çavuşlar Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG