Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Ermənistan bir hərbi əsiri, Azərbaycan isə bir mülki şəxsi qaytarır


Hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır

Hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır

Azərbaycan və Ermənistan əsir və girovların qaytarılması ilə bağlı yeni razılıq əldə edib.

Bu barədə «APA»ya Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin müdiri İlahə Hüseynova məlumat verib.

O deyib ki, Ermənistan tərəfi Azərbaycana bir hərbi əsiri, Azərbaycan isə bir mülki şəxsi Ermənistana qaytarmağa razılıq verib. BQXK prosesdə vasitəçilik missiyasını yerinə yetirəcək. Dəyişdirilmənin yerini və vaxtını isə tərəflər müəyyənləşdirəcək.

Hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 12 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG