Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:37
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov «CNN türk» kanalına müsahibəsində deyib ki, Ankara Sürix protokollarına imza atmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinə salıb.

Diplomat bildirib ki, aprelin 24-dək və sonra Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyə dəyməz. O düşünür ki, 2009-cu ildə baş verən hadisələr bu məsələyə yardımçı olmayıb:

«Onlar bizi bir böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində də irəliləyiş əldə edilmədi».

Nazir müavini deyib ki, 24 apreldən sonra da tezliklə bir inkişaf olmayacaq:

«Əsas problem budur ki, biz Qarabağın Azərbaycana yenidən reinteqrasiyasını istəyirik. Ermənistanın bu vaxta qədər Qarabağın ayrılmasına yönəlmiş səyləri artmaqdadır. Bu cür vəziyyətdə heç bir nəticəyə gələ bilmərik». /ANSPress/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG