Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:16

Fukuşima reaktorunda sızma var


Fukushima Atom Elektrik Stansiyasının reaktorlarından birinin nüvəsi qismən zərər görüb. Beynəlxalq Atom Enerjisi AGentliyinin rəhbəri Yukiya Amano belə deyib. Onun sözlərinə görə, 2-ci rektorda yanacağın 5 faizə qədəri sızıb və kəskin artan radiasiyaya da bu səbəb olub. Amano vəziyyətin gərgin olduğunu deyib, amma əlavə edib ki, radiasiya 1986-cı ildəki Çernobıl qəzası səviyyəsində olmayacaq.

Bu gün səhər baş verən yanğın və 3-cü partlayışdan sonra radiasiya insan həyatı üçün təhlükəli səviyyəyə qalxmışdı, amma yanğın söndürüləndən sonra enməyə başlayıb.

Rəsmilər cümə günü baş verən zəlzəzələ və sunami nəticəsində zərər görən AES-dən 20 kilometr radiusda yaşayan hər kəsi ərazini tərk etməyə çağırır, 20-30 kilemtr aralıqdakı insanlara isə evlərindən çıxmamağı tövsiyyə edib.

Paytaxt Tokyoda da bu gün radiasiya səviyyəsi müvəqqəti olaraq bir qədər yüksəlib.

Ümumiliikdə 8.9 bal gücündə zəlzələ nəticəsində artıq 3 minə yaxın öldüyü dəqiqləşib, amma minlərlə adam hələ itkindir.
XS
SM
MD
LG