Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Böyük 8-lik Qaddafiyə ancaq xəbərdarlıq elədi


Böyük 8-liliyin görüşündən Liviya hava məkanının qapadılması qərarı çıxmadı.
Parisdəki görüşdən sonra verilən bəyanatda Liviya lideri Muammar Qaddafiyə xəbərdarlıq edilir ki, əgər insanların ən bəsit haqlarnı məhəl qoymamağa davam eləsə, bunun ağır nətciləriylə qarşılaşacaq. Böğyük 8-lik BMT-yə də müraciət edib Qaddafini hakimiyyətdən getməsi üçün təzyiqləri, o cümlədən iqtisadi təqyizləri artırma çağırıb.
Fransa Xarici İşlər Naziri Alain Juppe nin oxuduu bəyanatda hava mkaının qapadılmasından söz açılmır.

Bu arada Liviyada Muammar Qaddafiyə sadiq qüvvələr etirazçıların ilk olaraq ələ kçeirdiyi Zuara şəhərinə giriblər. Bununla da Qaddafi qüvvələri paytaxt Tripolidən Tunis sərhədinə kimi bütün qərb sahilinə nəzarətini bərpa edib. Şərqdə də Qaddafi qüvvələri hücumunu davam elətdirir. Bu gün üsyançıların əsas mərkəzi olan Benqazinin 160 kilometrliyindəki Ajdabiya şəhərini tutublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG