Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Tofiq Yaqublu: «Hakimiyyət kütləvi aksiyalardan qorxur»


Tofiq Yaqublu
«12 mart aksiyası kifayət qədər uğurlu alındı».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. Onun fikrincə, iqtidarın bu qədər basqılarından sonra da insanların kütləvi aksiyalara çıxması alqışlanmalı haldır.

Tofiq Yaqublu deyir ki, hakimiyyət aksiyalara icazə verməməklə öz narahatlıqlarını ifadə edir:

«Hakimiyyət inansa ki, xalq ondan razıdır, nəyinə lazımdır bu qədər özünə söz-söhbət yaradır, Konstitusiyanı pozur, qanunu pozur. Beynəlxalq təpkilər alır, hər yerdə utandırırlar adamı».

Tofiq Yaqublu deyir ki, hakimiyyət siyasi aksiyalardan ehtiyat edir:

«Biz bilirik ki, hakimiyyət sadəcə olaraq kütləvi aksiyalardan qorxur. Müxalifəti aşağılamaq məqsədi ilə münasib olmayan yeri təklif edirlər...».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə deyib ki, ETİRAZ EDƏ BİLMƏK CƏMİYYƏTİN UĞURUDUR:

«Azərbaycan hakimiyyətinin ölkədə birpartiyalı sistem yaratmaq, cəmiyyətin müqavimətini qırmaq cəhdi məhz o fədakar insanların mübarizliyi nəticəsində baş tutmayıb.
Fuad Qəhrəmanlı
Azərbaycanda demokratik proseslərin nüvəsi olacaq təşkilatlanmış siyasi qüvvələr var...».

Fuad Qəhrəmanlının fikrincə, son vaxtlar cəmiyyətdə də bir hərəkətlənmə hiss olunur:

«Azərbaycan cəmiyyətində artıq siyasi müxalifətin hüdudlarından kənarda da bu rejimə etiraz etmək ənənəsi formalaşır. Bu ənənə cəmiyyətin yeni-yeni təbəqələrini içərisinə alır. Bu baxımdan proses yuxarıya doğru inkişaf edir...».

Müsavat başqanının müavini Tofiq Yaqublu YAP üzvü, deputat Kamilə Əliyevanın aksiyalar barədə AzadlıqRadiosuna dediklərinə də münasibət bildirib. O, bu bəyanatları əsası olmayan fikirlər adlandırıb:

«Tutaq ki, Azərbaycan inkişaf edib. Bu, insanların toplaşmaq azadlığını əlindən alırmı? Bu, hansı məntiqdir. Kimdir Azərbaycanın prezidentinə xaricdə qibtə edən?».

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə deyib ki, Kamilə Əliyevanın fikirlərinə şərh vermək niyyətində deyil. Çünki özünü aşağılanmış kimi hiss edə bilər...

Şərhləri göstər

XS
SM
MD
LG