Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

ANAR: "On dənə Nobel mükafatı qurban olsun Qarabağın bir kəndinə!"


Martın 14-ü Azərbacanın xalq yazıçısı Anarın doğum günüdür.

Azərbaycan nəsrinə “5 mərtəbəli evin 6-cı mərtəbəsi”, “Macal”, “Əlaqə” kimi maraqlı əsərlər bəxş etmiş yazıçı 73 yaşını qeyd edir.

Xalq yazıçısı Anar ANS-in Azərbaycan yazıçılarının Nobel mükafatına niyə layiq görülməməsi" barədə sualına özünəməxsus şəkildə cavab verib. Onun sözlərinə görə, bu, yazıçıların daha çox kompleksli olmasından irəli gəlir.

“Gərək əvvəlcə sənin əsərlərin ingiliscə və fransızca nəşr olunsun, səni tanısınlar. Nobel mükafatını almaq üçün bədii meyarlardan başqa siyasi meyarlar da var. Bundan başqa, dissident olmağın da Nobel mükafatı almaqda böyük rolu ola bilər. Fərz edək, hər hansı Azərbaycan yazıçısı yazıb ki, gərək Qarabağı verək ermənilərə. Onda onun Nobel mükafatı almağa şansı ola bilər. Ancaq bunu kim edər? On dənə Nobel mükafatı qurban olsun Qarabağın bir kəndinə”, - deyə Anar bildirib.

Xatırladaq ki, Anarın atası şair Rəsul Rza, anası isə şairə Nigar Rəfibəyli olub. Hazırda Yazıçılar Birliyinin sədri olan xalq yazıçısının iki övladı var.

ANS

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG