Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Hökumət Milli Məclisdə hesabat verir


Milli Məclis
Milli Məclis
«TQDK sədri orta məktəbi bitirənlərin savadsızlığından danışır. Amma həmin savadsızların hansı yolla ali məktəblərə qəbul olması şübhə doğuran məqamdır. Ali məktəblərə qəbul olan həmin savadsızlar universiteti başa vurub, orta məktəbdə işləyir, savadsız şagird hazırlayırlar».

Bunu martın 15-də parlamentin iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

F. Ağamalı onu da bildirib ki, qeyri-leqal repetitorlar təhsil sistemini iflic ediblər:

«Qeyri-leqal repetitorlar təhsil sistemini iflic vəziyyətə salıb. Onlar TQDK-da ayrı-ayrı fənlər üzrə suallar hazırlayanlarla bir şəbəkə təşkil edirlər. O da heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100-150 min manatdır. İldə 700-800 əlavə tələbə qəbulundan alınan pulların miqdarı milyonlarla hesablanır. Tələbə qəbulunda rüşvətxorluğa son qoymaq üçün TQDK-da ciddi islahatlar aparılmalıdır».

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə AzadlıqRadiosuna bunları deyib:

«Ölkə ictimaiyyəti TQDK-nın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tam şəffaf şəkildə keçirildiyini, bu prosesdə yeganə meyarın bilik olduğun yaxşı bilir. Buna görə də deyilən həmin fikirlərin heç bir əsası yoxdur, tamamilə cəfəngiyatdır».

«MÜXALİFƏT PARTİYALARI KORRUPSİYA LAYİHƏSİDİR»

«Korrupsiyaya qarşı mübarizə ciddi davam etdirilsə, müxalifət partiyalarının hərəsi bir korrupsiya layihəsidir. Onların hərəsinin qapısına bir qıfıl vurular».

Bunu deputat Zahid Oruc parlamentdə Bakıda keçirilən mitinqlərə münasibət bildirərkən deyib.

Artur Rasizadə
«BÜTÜN SAHƏLƏRDƏ İNKİŞAF VAR»

«Azərbaycanda bütün sahələrdə - səhiyyə, nəqliyyat, rabitə, enerji - inkişaf var. Sosial layihələr həyata keçirilir. Ölkə artıq enerji istehsal edən ölkədən enerji ixrac edə bilən ölkəyə çevrilib».

Bunu martın 15-də Milli Məclisdə Baş nazir Artur Rasizadə deyib.

O bildirib ki, ölkənin hərbi sənayesi də inkişaf edib. Rəqabətə davamlı hərbi məhsullar istehsal olunur.

A. Rasizadə hesabatın sonunda deyib ki, prezidentin tapşırığı ilə ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə başlanıb. O, bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə ümid bəslədiyini bildirib.

Hazırda parlamentdə hesabat müzakirə olunur.

OQTAY ƏSƏDOV HÖKUMƏTİ TƏRİFLƏDİ


«Hökumətin hesabatı çox yüksək səviyyədə hazırlanıb».

Bunu parlamentin spikeri Oqtay Əsədov martın 15-də parlamentdə hökumətin hesabatının dinlənilməsi ərəfəsində bildirib.

Oqtay Əsədov deyib ki, Azərbaycan bu dövr ərzində inkişaf edib. Ümumi daxili məhsul 5 faiz artıb. Hazırda ölkənin 30 milyard dollar valyuta ehtiyatı var. Əmək haqları 9.1 faiz artaraq 325 manat təşkil edib. Neftdən gələn gəlir qeyri-neft sektoruna yönəldilir.

Spiker onu da deyib ki, 2010-cu ildə ölkəyə yatırılan investisiyanın ümumi həcmi 14 milyard dollar olub. Bu da 32 faiz artım deməkdir. Azərbaycanın 147 ölkə ilə 28 milyard dollarlıq ticarət dövriyyəsi var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG