Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:25

Bu gün Bakıda yollar bağlanır


Martın 15-də Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, məhdudiyyətlər İsveçrə prezidentinin Azərbaycanda rəsmi səfərdə olması ilə bağlıdır. Martın 15-də səhər saatlarından başlayaraq tədbirlər başa çatanadək Aeroport şosesi, Mərdəkan, Buzovna dairələri istiqamətində, İçərişəhər istiqamətinə, Böyük Şor küçəsi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Neftçilər prospektləri, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri istiqamətində avtomobillərin hərəkəti dayandırılır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Eləcə də Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, həmçinin əks istiqamətdə, Həsən Əliyev küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospektində maşınların park edilməsi qadağan olunacaq.

Yol Polisi sürücülərə və avtomobil sahiblərinə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini məsləhət görür.
XS
SM
MD
LG