Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

Özbəkistan “Human Rights Watch”ın yerli ofisini bağlayır


Human Rights Watch təşkilatı deyir ki, Özbəkistan hakimiyyəti onları paytaxt Daşkənddəki ofislərini bağlamağa məcbur edir. Təşkilat Özbəkistan hakimiyyətini onların işinə əngəl yaratmaqda günahlandırır, bildirir ki, yerli hökumət onlara viza verməkdən imtina edib və bu ay ofisin qeydiyyatını ləğv edib.

Human Rights Watch bildirir ki, təşkilata qarşı təzyiqlər onların Özbəkistanda insan haqları ilə bağlı tənqidlərinin kəskinləşməsi ilə eyni vaxta təsadüf edir. Bu ölkədə onlarla jurnalist və ictimai fəal həbsxanadadır və işgəncə geniş yayılıb.

İyirmi ildir ki, ölkəni İslam Kərimov idarə edir və o, fikir müxtəlifliyinə az dözümsüzdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG