Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19
Martın 14-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini elan edib. Şura 202 layihənin maliyyələşdirilməsi qərara alıb.

Maliyyələşdirilən layihələrin ümumi məbləği 1 milyon 222 min 300 manat təşkil edir.

6 dekabr 2010-cu ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 425 QHT-dən layihə təklifi daxil olub. Onlardan 69 layihə tələblərinə cavab vermədiyi üçün, 28 layihəni təqdim edən QHT 2010-cu ildə imzaladığı müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə müsabiqənin növbəti mərhələsinə buraxılmayıb. Müsabiqəyə qəbul olunan 328 layihə təklifi ekspertizaya göndərilib.

Maliyyələşdirilməsi qərara alınan 202 layihənin qalibləri haqda www.cssn.gov.az saytında məlumat yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG